Avropa Birliyi ölkəsinin dövlət və hökumət başçılarının Brüsseldə keçirilən fövqəladə toplantısı yekun bəyannaməsinin qəbul olunması ilə sona çatıb
Rusiya servisi/Aran Agentliyi
«Yeni Şərq»in verdiyi xəbərə əsasən, 27 Avropa Birliyi ölkəsinin dövlət və hökumət başçılarının Brüsseldə keçirilən fövqəladə toplantısı yekun bəyannaməsinin qəbul olunması ilə sona çatıb. Sənəddə Rusiya tərəfindən qondarma Abxaziya və Cənubi Osetiya respublikalarının müstəqilliyinin tanınması pislənilir. Avropa Birliyi dünya ölkələrini bu yanlış addımı təkrarlamamağa çağırıb.
Eyni zamanda Avropa Birliyi ilə Rusiya arasında yeni əməkdaşlıq razılaşması ilə bağlı danışıqlar rəsmi Moskvanın Gürcüstan ərazisindən qoşunlarını geri çəkənədək təxirə salınıb.