Boliviya prezidenti yüksək səviyyəli bir heyətə başçılıq edərək İİR rəsmiləri ilə danışıqlar aparmaq üçün dünən Tehrana təşrif buyurub
İİR servisi/Aran Agentliyi
İran və Boliviya arasındakı əməkdaşlıqların genişləndirməsində ciddi əzmkarlıq var.
İİR-nin prezidenti Mahmud Əhmədinejad bazar ertəsi günü Tehranda boliviyalı həmkarı Evo Morales Ayma ilə görüşdə deyib: İnqilabçı xalqlar olan Boliviya və İİR xalqları təbii olaraq bir-birinin müttəfiqidir . Ona görə də ticarət, sənaye və kənd təsərrüfatı, iqtisadiyyat və siyasi sahələrdə əməkdaşlıqlarını genişləndirirlər.
Boliviya prezidenti də İranda bir neçə sənaye müəssisəsinə baxış keçirməsinə toxunaraq, bu dövlətin sənaye və kənd təsərrüfatı sahəsindəkı inkişafını yüksək qiymətləndirib .
Boliviya prezidenti yüksək səviyyəli bir heyətə başçılıq edərək İİR rəsmiləri ilə danışıqlar aparmaq üçün dünən Tehrana təşrif buyurub.
Tehranla Lapaz arasındakı diplomatik əlaqələr 2007-ci ilin sentyabr ayıdna İİR prezidentinin Boliviyaya rəsmi səfəri , ticarət və enerji üzrə əməkdaşlıq sənədinin imzalanması ilə başlandı.