Tarix : 2008 Sep 02
Kod 6970

Latın Amerikası xalqlarının oyanışı uğurlu hadisədir

Həzrət Ayətullah əl-üzma Xamenei ümidvarlığını bildirib ki, Cənab Moralesin Tehrandakı müzakirələri iki ölkə arasında əlaqələrin keçmişdəkindən daha artıq genişlənməsinə səbəb olacaqdır
İİR servisi/Aran Agentliyi

İslam İnqilabının Böyük rəhbəri bildiriblər ki, Latın Amerikası xalqlarının oyanışı və onların öz hüquqları uğrunda əzmkarlığı hegemon dövlətləri narahat edir. İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah-əl-üzma Xamenei dünən axşam Boliviya prezidenti Evo Morales və onu müşayiət edən heyətin , o həzrətlə görüşündə Boliviyadakı son prezident seçkilərində bu ölkə xalqının Moralesə yenidən səs çoxluğu ilə etibar etməsinə toxunaraq bəyan ediblər ki , Cənab Moralesin xalqla yaxın ünsiyyətdə olması , məhrum və yoxsul təbəqələrə qayğıkeşliyi və bu xalqa xidmət etmək üçün səy göstərməsi çox dəyərli bir əhval-ruhiyyədir , elə həmin ruhiyyə xalqların başıucalığına səbəb olur.
İslam İnqilabının Böyük Rəhbəri sonra Boliviyada son illərdə baş verən dəyişikliklərin bütün azad xalqlar və ölkələr üçün sevindirici hadisə olduğunu vurğulamışlar . O Həzrətin fikrincə, hegemon dövlətlərin Boliviya rəhbərliyinə təzyiq göstərməsi təbii məsələdir. Çünki onlar belə bir əhval-ruhiyyə ilə müxalifdirlər. Amma qeyd edilən təzyiqlər qarşısında dayanmaq yaxşı əhval-ruhiyyə və Allaha təvəkkül etmk zəfərlə nəticələnir.
Həzrət Ayətullah əl-üzma Xamenei habelə ümidvarlığını bildirib ki, Cənab Moralesin Tehrandakı müzakirələri iki ölkə arasında əlaqələrin keçmişdəkindən daha artıq genişlənməsinə səbəb olacaqdır.

  • Yazılıb
  • da (də) 2008 Sep 02