Tarix : 2008 Sep 02
Kod 6971

ABŞ-ın daha bir hərbi gəmisi Qara dənizə üz tutub

gəminin üzdüyü istiqamət barədə dəqiq məlumat verilmir
Gürcüstan servisi/Aran Agentliyi
ABŞ-ın “US Naval Pathfinder” hərbi gəmisi Çanakkale boğazından keçib. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, gəminin üzdüyü istiqamət barədə dəqiq məlumat verilmir.

Bəzi mənbələr ABŞ hərbi gəmisinin Qara dəniz akvatoriyasına üz tutduğunu bildirirlər. 100 metr uzunluğunda və 17 metr enindəki gəmi Çanakkale boğazının ən dar yeri olan Çimenlik Kalesi önündən bu gün səhər keçib.
  • Yazılıb
  • da (də) 2008 Sep 02