Bakı mediaları bir neçə müddət öncə Dik Çeyninin Bakı səfərinin iki günlük olduğunu bildirmişdirlər
Azərbaycan servisi/Aran Agentliyi
Amerika prezident müavini Dik Çeyni bu gün səhər Bakıya daxil olub Forst News Xəbər Agentliyinin verdiyi məlumata əsasən, Dik Çeyni Bakının Heydər Əliyev hava limanına daxil olduqdan sonra güclü təhlükəsizlik tədbirləri altında və Azərbaycan Respublikası ordu hava qüvvələrinin qırıcılarının havadan qoruması və Az. R-sının polis və təhlükəsizlik qüvvələrinin xüsusi nəzarəti ilə Bakıdakı təyin olunmuş iqamətgahına gedib.
Qeyd etmək lazımdır ki, Bakı mediaları bir neçə müddət öncə Dik Çeyninin Bakı səfərinin iki günlük olduğunu bildirmişdirlər. Amma belə görünür ki, Az. R-sının təhlükəsizlik qurumları Amerika prezident müavininin qorunması və hər cür ehtimal olunan sui-qəsd hadisəsinin qarşısını almaq məqsədi ilə onun səfərinin dəqiq tarixi və müddətini gizli saxlayıblar. Dik Çeyninin Bakıdan sonra Tifilisə səfər etməyi planlaşdırılıb.