Rusiyanın Gürcüstandakı səfiri Vyaçeslav Kovalenko bildirib ki, səfirlik Gürcüstan Xarici İşlər Nazirliyinin təqdim etdiyi müvafiq notadan sonra bağlanılıb
Rusiya servisi/Aran Agentliyi
«Yeni Şərq»in gazeta.ru saytına istinadən verdiyi məlumata əsasən, Rusiyanın Gürcüstandakı səfirliyi bağlanıb. Artıq səfirliyin binası üzərindəki Rusiya bayrağı çıxarılıb.Rusiyanın Gürcüstandakı səfiri Vyaçeslav Kovalenko bildirib ki, səfirlik Gürcüstan Xarici İşlər Nazirliyinin təqdim etdiyi müvafiq notadan sonra bağlanılıb. Hələlik Gürcüstandakı Rusiya konsulluğunun Rusiya vətəndaşlarına xidmət edən şöbəsi fəaliyyətini davam etdirir. Konsul şöbəsinin fəaliyyəti ilə bağlı qərar Moskvada qəbul ediləcək. Böyük ehtimalla konsulluğun da fəaliyyətini dayandıracaq.