İftar vaxtı baş verən hadisə nəticəsində 2 əsgərin həlak olduğu, 9-nun yaralandığı bildirilir
Türkiyə servisi/Aran Agentliyi
«Yeni Şərq»in Türkiyənin xəbər saytlarına istinadən verdiyi məlumata görə, PKK terrorçuları ölkənin cənubunda Kığı rayonu ərazisindəki Təkbaşlar jandarma məntəqəsinə hücum edib. Əsas hədəf məntəqənin yaxınlığında patrul xidməti aparan maşın olub. İftar vaxtı baş verən hadisə nəticəsində 2 əsgərin həlak olduğu, 9-nun yaralandığı bildirilir. Terrorçuları yaxalamaq mümkün olmayıb.