Tarix : 2008 Sep 04
Kod 7014

NATO Gürcüstan səmasını nəzarətə götürdü

Gürcüstanın NATO-nun hava məkanında vəziyyətlə bağlı məlumat mübadiləsi sisteminə qoşulması barədə hələ 2008-ci ilin martında qərar qəbul olunub
Gürcüstan servisi/Aran Agentliyi

NATO Gürcüstan səmasını nəzarətə göturub. Gürcüstan hava əlaqəsinə nəzarət sistemi NATO-nun anoloji sisteminə qoşulub. Bu, alyansın gürcü radarlarından məlumat almasına imkan verəcək.
    NATO-nun mətbuat katibi Ceyms Appaturai bildirib ki, Gürcüstanın hava nəzarəti sistemi döyüş əməliyyatları zamanı ciddi şəkildə dağıdılıb: “Tiflisin radarların bərpa edilməsi xahişini yerinə yetirmək üçün bir qədər vaxt tələb olunacaq”.
    Qeyd edək ki, Gürcüstanın NATO-nun hava məkanında vəziyyətlə bağlı məlumat mübadiləsi sisteminə qoşulması barədə hələ 2008-ci ilin martında qərar qəbul olunub. Rəsmi Tiflis bildirir ki, müasir nəzarət sistemlərindən istifadə edilməsi ölkənin hava makının pozulması faktlarını daha dəqiq müəyyən etməyə imkan verəcək.

  • Yazılıb
  • da (də) 2008 Sep 04