Rusiya servisi/Aran Agentliyi
İngiltərə Xarici işlər Naziri Miliband, Kiev ziyarətində, Rusiyanın köhnə Sovetlər Birliyindəki qarşıdurma bölgələrində tam idarəçiliyi ələ keçərəcəyi xəbərdarlığı Rusiyanın diqqətini çəkib.
Bu xəbərə münasibət bildirən Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun, Milibandın narahatlıqlarının Qarabağ ilə bağlılığı yoxdur deyib. Beləki, Lavrov "Abxaziya və Cənubi Osetiyadakı vəziyyət Gürcü liderlərinin ağılsız siyasətləri nəticəsində meydana gəldi.
Ancaq Qarabağ və Dnyesterdəki vəziyyət tamamilə fərqlidir. Moldova və Azərbaycanda Saakaşvili kimi ağılını itirmiş liderlər yoxdur. Anlaşılmazlıqları güc yolu ilə həll etməyə çalışmırlar" deyə bildirdi.
Ekspertlər, bu sözlərin, Cheniyin ziyarəti öncəsi Azrəbaycanın könülünü almaq üçün "Rusların göz yumması" olduğunu söyləyirlər. Lavrovun, Gürcüstandakı hadisələrin Saakaşvilinin ağılsızlığından qaynaqlandığını söylədikdən sonra bu sözü olduqca diqqət çəkdi: "Ağıllı Azərbaycan liderinin Qarabağ üçün narahatlıq keçirməsinə lazımdır".