Tarix : 2008 Sep 04
Kod 7016

Fars Körfəzi Əməkdaşlıq Şurasının bəyanatına İran reaksiya verdi

Fars Körfəzi Əməkdaşlıq Şurasının xarici işlər nazirlərinin iclasında bu barədə irəli sürülən mövzular İranın daxili işlərinə qarışmaqdır və biz onu pisləyirik
İİR servisi/Aran Agentliyi

İİR-nın XİN bir daha "Əbumusa" "Tonb Bozorq" və "Tonb Kuçək" adlı adaların əbədi olaraq, İrana aid olmasına təkid edib. İran Xarici İşlər Nazirliyinin sözçüsü Həsən Qəşqavi Fars Körfəzi Əməkdaşlıq Şurasının Xarici İşlər Nazirlərinin iclasında İranın Əbumusa "Tonb Bozorq" və "Tonb Kuçək" adlanana adalar haqdakı bəyanatlarını rəd edərək, qeyd edilən 3 adanın əbədi olaraq, İrana aid olmasına təkid edib və bu haqda ortaya atılan iddiaları təkrar, əsassız və rəd olunmuş adlandırıb.
Qəşqavi İranın Əbumusa adasındakı bütün hərəkətlərin tam şəkildə qanuni və İİR-nin bu adaya hakim olması hüququna təkid etmişdir. O deyib: Fars Körfəzi Əməkdaşlıq Şurasının xarici işlər nazirlərinin iclasında bu barədə irəli sürülən mövzular İranın daxili işlərinə qarışmaqdır və biz onu pisləyirik.
Qəşqavi Fars Körfəzi Əməkdaşlıq Şurasına üzv bəzi ölkələrin Sionist rejimin cinayətləri kimi məntəqə və İslam dünyasının mühüm məsələləri barədə ümumi fikrin yayınmasına səbəb olan puç məntəqə tarixinin gerçəkliklərinə əks olan iddialara israr etmələrini tənqid etmişdir.
Qəşqavi region ölkələrindən istəyib: Məntəqə ölkələri düzgünlüyü görmək, məntəqə və İslam dünyasında inteqrasiya və həmrəyliyə yardım edən mövqelər və hərəkətlər həyata keçirməlidirlər.

  • Yazılıb
  • da (də) 2008 Sep 04