Bu yardımın yarıdan çoxu (570 milyon dollar) Gürcüstana 2008-ci ilin sonuna qədər daxil olacaq
Gürcüstan servisi/Aran Agentliyi
ABŞ dövlət katibi Kondoliza Rays Gürcüstana 1 milyard dollar yardım ayırdıqlarını bəyan edib. Bu yardımın yarıdan çoxu (570 milyon dollar) Gürcüstana 2008-ci ilin sonuna qədər daxil olacaq.
Vəsait iqtisadiyyatın bərpasına, eləcə də humanitar yardım göstərilməsinə xərclənəcək. Rays onu da qeyd edib ki, bu pullar Gürcüstana hərbi kömək göstərilməsi üçün nəzərdə tutulmayıb: “Hərbi kömək göstərilməsi zamanı hələ yetişməyib”.
Vəsaitin ikinci hissəsi 2009-cu ilin yanvarında hazırkı administrasiyanı əvəz edəcək yeni ABŞ rəhbərliyi tərəfindən ödəniləcək.