Gürcüstan servisi/Aran Agentliyi
ABŞ prezident köməkçisi Dick Cheney, Gürcüstanın paytaxtı Tiflisə gəlib.
Azərbaycandan Gürcüstana keçən Cheneyin ziyarəti, ABŞ-ın, Gürcüstana və Qərbpərəst dövlət başçısı Mixail Saakaşviliyə verdiyi dəstəyin göstəricisi olaraq qəbul edilir.
Cheneyin Tiflisdə Gürcüstan dövlət başçısı Mixail Saakaşvili ilə bir araya gəlməsi gözlənilərkən, bu ziyarət və görüşmə, ABŞ-ın yaxında Gürcüstana hərbi yardım paketini açıqlaya biləcəyi istiqamətində fərziyyələrə səbəb oldu.
Krem rəhbərliyi, Cheneyin Gürcüstan ziyarətindən narahat olduğunu bildirir.
ABŞ Xarici İşlər Naziri Condoliza Rice, dünən Gürcüstana 1 milyard dollarlıq iqtisadi kömək ediləcəyini açıqlamışdı.