Tarix : 2008 Sep 04
Kod 7019

ABŞ-ın HƏRBİ GƏMİSİ QARA DƏNİZDƏ

Pentaqon rəsmiləri bildiriblər ki, “Maunt Uitni” Gürcüstana 17 min ton humanitar yük, o cümlədən odeyallar, şirələr, quru süd və gigiena vasitələri aparır
Gürcüstan servisi/Aran Agentliyi

ABŞ Hərbi Dəniz Qüvvələrinin Altıncı donanmasının flaqmanı “Maunt Uitni” hərbi gəmisi Qara dəniz akvatoriyasına daxil olub. “RİA Novosti” agentliyinin  verdiyi məlumata görə, gəmi Gürcüstan sahillərinə doğru üzür. Pentaqon rəsmiləri bildiriblər ki, “Maunt Uitni” Gürcüstana 17 min ton humanitar yük, o cümlədən odeyallar, şirələr, quru süd və gigiena vasitələri aparır.

Rusiyanın Qara dəniz donanmasının qərargahında isə qeyd edirlər ki, “Maunt Uitni” Altıncı donanmanın üzən qərargahıdır. Onun Qara dəniz akvatoriyasındakı NATO hərbi gəmilərinin fəaliyyətini koordinasiya edəcəyi iddia olunur. Türkiyə hərbi dairələri “Maunt Uitni”nin böyük hərbi-texniki imkanlara malik kəşfiyyat gəmisi olduğunu vurğulayır. Amerika donanması Haitidə əməliyyat keçirən zaman “Maunt Uitni” birinci gəmi rolunu oynayıb.

  • Yazılıb
  • da (də) 2008 Sep 04