Bəzi ekspertlərin fikrincə, Medvedyev Azərbaycan Respublikası prezidentini ABŞ-ın vitse-prezidentinə Rusiyanın mənafeyinə zidd hər növ əməkdaşlıq vədəsi verməkdən çəkindirib
Azərbaycan servisi/Aran Agentliyi
Azərbaycan R. və Rusiya prezidentləri öz telefon söhbətlərində region məsələləri barəsində fikir mübadiləsi aparıblar. Müxbirimizin Bakıdan verdiyi məlumata əsasən, Amerikanın vitse-prezidenti Dik Çeyninin Bakıya səfəri ilə eyni zamanda, çərşənbə gecə Rusiyanın prezidenti Dmitri Medvedyev öz azəri həmkarı İlham Əliyevlə telefon söhbətində, Qafqaz regionu böhranının son vəziyyəti və Rusiyanın mövqeyi barəsində müzakirələr aparıblar.
Bəzi ekspertlərin fikrincə, Medvedyev Azərbaycan Respublikası prezidentini ABŞ-ın vitse-prezidentinə Rusiyanın mənafeyinə zidd hər növ əməkdaşlıq vədəsi verməkdən çəkindirib.