Tarix : 2008 Sep 04
Kod 7024

ABŞ GÜLÜN İRƏVAN SƏFƏRİNDƏN RAZIDI

ABŞ Xarici İşlər Nazirliyinin Avropa Bürosu Spikeri Mark Töner, A.A.a şərhində, ''Türkiyə prezidenti Gülün Yerevana getmə qərarını məmnuniyyətlə qarşılayırıq
Türkiyə servisi/Aran Agentliyi
ABŞ, prezidenti Abdullah Gülün, Ermənistan respublikasının başçısı Serj Sarkisyanın İrəvanda oynalınacaq Türkiyə-Ermənistan matçı üçün etdiyi dəvəti qəbul etməsini məmnuniyyətlə qarşılayıb.

ABŞ Xarici İşlər Nazirliyinin Avropa Bürosu Spikeri Mark Töner, A.A.a şərhində, ''Türkiyə prezidenti Gülün Yerevana getmə qərarını məmnuniyyətlə qarşılayırıq.

Hər iki respublika başçısının da bölgədə sülh və rifahı qüvvətləndirməyə istiqamətli addımlar atma istiqamətindəki cəsarətini təbrik edirik'' deyib. Töner, ''Bu tarixi görüşmənin, Türkiyə-Ermənistan əlaqələrinin tamamilə normallaşdırılmasına doğru bir təcil yaradılmasına kömək edəcəyini ümid edirik'' deyə bildirdi.

Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarkisyan, Türkiyə Cumhuriyyətinin başçısı Gülü Yeravanda oynalınacaq Türkiyə-Ermənistan Dünya Kuboku Seçmə Ouynları Futbol qarşılaşmasını izləmək üçün Ermənistana dəvət etmişdi. Prezidentlin Mətbuat Mərkəzindən edilən yazılı bir şərhlə, Gülün, bu dəvəti qəbul etdiyi ifadə olunmuşdu.
  • Yazılıb
  • da (də) 2008 Sep 04