Abdullah Gül İrəvana getməlidir, yoxsa getməməlidir?" sualına respondentlərin 67.4 %-i "getməlidir" cavabını verib
سرویس ترکیه/Aran Agentliyi
Ankara MetroPOLL Strateji və Sosial Araşdırmalar Mərkəzi, Türkiyə Prezidenti Abdullah Gülün Ermənistana səfəri ilə bağlı sorğu keçirib. "Abdullah Gül İrəvana getməlidir, yoxsa getməməlidir?" sualına respondentlərin 67.4 %-i "getməlidir" cavabını verib. Rəyi soruşulan respondentlərin 22.9 %-i isə "prezident İrəvana getməməlidir" cavabını verib, 9.7 % isə bu barədə heç bir fikir bildirməyib. Bu barədə Haber7.com saytı məlumat yayıb.
Qeyd edək ki, Türkiyə prezidenti Abdullah Gül ermənistanlı həmkarı Serj Sarkisyanın Dünya Çempionatı -2010-un seçmə oyunları çərçivəsində İrəvanda keçiriləcək Ermənistan – Türkiyə A milli futbol matçını birlikdə izləmək təklifini qəbul edib. Ermənistan-Türkiyə futbol matçı sentyabrın 6-sı Bakı vaxtı ilə saat 21:00-da başlanacaq və Türkiyənin TRT 1 kanalı vasitəsilə canlı yayımlanacaq.
Türkiyə Futbol Federasiyasının rəsmi internet saytında isə Ermənistan-Türkiyə matçı barədə sorğu keçirilib, ''Sizcə A milli komandamızın, Ermənistanla səfərdə oynayacağı Dünya Çempionatı -2010-un təsnifat matçının nəticəsi necə olacaq ?'' sorğusunda, iştirak edənlərin böyük əksəriyyəti, ''Türkiyə qalib gələcək'' variantına səs veriblər. Cəmi 3500 respondentin iştirak etdiyi sorğuda, 85 % ''Türkiyə qalib gələcək'', 4% ''Heç-heçə bitəcək'', 11% isə ''Ermənistan qalib gələcək'' deyib.