Tarix : 2008 Sep 06
Kod 7060

ƏBU BƏKRİN BAĞLANMASI ÜÇÜN 1000 NƏFƏR MÜRACİƏT EDƏCƏK

Ü. Bünyadzadə küçəsində toplaşmasından narahatlıq keçirdiklərini deyən sakinlər : Küçəmizdə əvvəlki kimi sakitlik hökm sürür. Bir daha buraya vəhhabilərin toplaşmasını istəmirik
Azərbaycan servisi/Aran Agentliyi
“Əbu Bəkr” məscidinin yerləşdiyi Ülvi Bünyadzadə küçəsinin 1000-dək sakini məscidin birdəfəlik bağlanması xahişi ilə ölkə rəhbərliyinə müraciət edəcək.

Bu barədə APA-ya Ü. Bünyadzadə küçəsinin sakinləri bildiriblər. Onlar “Əbu Bəkr”də baş verən partlayışdan sonra məscidin müvəqqəti bağlandığını, bununla da vəhhabi təriqətinə mənsub şəxslərin ərazidə kütləvi toplanmasının qarşısının alındığı deyiblər.

Minlərlə vəhhabinin bir neçə il davamlı olaraq Ü. Bünyadzadə küçəsində toplaşmasından narahatlıq keçirdiklərini deyən sakinlər məscid bağlandıqdan sonra ərazidə sakitliyin və rahatlığın bərpa olunduğunu söyləyiblər: “Küçəmizdə əvvəlki kimi sakitlik hökm sürür. Bir daha buraya vəhhabilərin toplaşmasını istəmirik. Onlar bütün küçəni bərbad hala salıblar, ərazidə natəmizlik hökm sürür. Məscidin bir daha açılmaması burada yaşayan sakinlərin təhlükəsizliyi baxımından da vacibdir. Ona görə də bu küçədə yaşayan çoxlu sayda sakin məscidin birdəfəlik bağlanması xahişi ilə ölkə rəhbərliyinə müraciət edəcək”.
  • Yazılıb
  • da (də) 2008 Sep 06