Amerikan Tayms qəzeti yazır ki, bundan sonra NATO orada hərbi təşkilatı olmadığı halda Gürcüstanın hava zonasına nəzarət edəcək
Gürcüstan servisi/Aran Agentliyi
Tayms qəzeti Gürcüstanın NATO-nun sürətli xəbərdarlıq sisteminə qoşulduğunu bildirib. İRNA-nın verdiyi məlumata əsasən , Amerikan Tayms qəzeti yazır ki, bundan sonra NATO orada hərbi təşkilatı olmadığı halda Gürcüstanın hava zonasına nəzarət edəcək.
NATO rəsmilərindən biri deyib ki, qeyd edilən müştərək hava nəzarəti proqramı haqdakı müzakirələr Gürcüstan böhranından öncə həyata keçirilmişdi, amma onun icrası bu həftə və bölgədə baş verən müharibənin ardınca reallaşıb.
Onun sözlərinə görə, Gürcüstanın havadan müdafiə radarları Rusiya istehsalı olsa da, NATO-nun texniki ekspertləri onların qeyd edilən təşkilatın hava nəzarət sisteminə bağlanması üçün bəzi yolları tapıblar .
Həmçinin NATO rəsmilərinin bildirdiyinə görə, Amerika Gürcüstanla daha yaxın hərbi əlaqələr yaratmaq üzrə cəhdlərinin davamında NATO-ya üzv ölkələrin Gürcüstana maliyyə yardımlarını toplayacaq bir fondun yaradılması üçün addımlar atır.
Ekspertlərin bir çoxu belə inanırlar ki, Gürcüstanın Cənubi Osetiyaya hücumu və Rusiyanın ona qarşı sərt cavabı zamanı Amerika və NATO gözlənildiyi qədər Gürcüstanı müdafiə etmədilər . Buna görə də, indiki şəraitdə onlar təbliğat əsasında Gürcüstan və onun ümidsiz başçılarına Qərbin daim Gürcüstanın arxasında olduğunu aşılamağa çalışırlar.