Tarix : 2008 Sep 06
Kod 7063

GÜL BİR AZDAN YEREVANDA OLACAQ

Türkiyə Respublikasının prezidenti Abdullah Gül, Ermənistan Respublikasının başçısı Serj Sarkisyanın qonağı kimi bu gün Yerevana gedəcək
Türkiyə servisi/Aran Agentliyi

Sarkisyanın, iki ölkə milli komandaları arasındakı Dünya Kuboku seçmə mərhələ oyunlarını birlikdə izləmə dəvətini qəbul edən Gül, bu gün günortadan sonra Ermənistana gedəcəkdi.
Hal-hazırda Gülün yola düşəcəyi bildirilir.

Türkiyə prezidenti Gülə bəzi üst səviyyə bürokratların yanında yerli və xarici jurnalistlərin də yoldaşlıq etməsi gözlənilir. Gül, Yerevan Aerodromundan Prezidentlik Sarayına gedəcək və Ermənistan Respublika başçısı Sarkisyan ilə görüşəcək.

Görüşmədən sonra, Gül və Sarkisyan, Ermənistan ilə Türkiyə Milli futbol komandaları arasındakı qarşılaşmağı izləyəcək. Gül, oyundan sonra Türkiyəyə hərəkət edəcək.

  • Yazılıb
  • da (də) 2008 Sep 06