Tarix : 2008 Sep 06
Kod 7065

ABŞ “Qafqaz İttifaqı” layihəsini dəstəkləyir

Bu barədə ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müşaviri Uilyam Börns Türkiyə səfəri zamanı bildirib
Azərbaycan servisi/Aran Agentliyi
"Yeni Şərq"in verdiyi məlumata əsasən, ABŞ Ankaranın irəli sürdüyü Qafqazda Stabillik və Əməkdaşlıq Platformasını dəstəkləyir. Bu barədə ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müşaviri Uilyam Börns Türkiyə səfəri zamanı bildirib.
    Börns səfər zamanı Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla da görüşüb. Görüşdə “Qafqaz İttifaqı” layihəsi, regional məsələlər, enerji marşrutları, eləcə də Türkiyə-ABŞ əlaqələri müzakirə edilib.
  • Yazılıb
  • da (də) 2008 Sep 06