Mahmud Əhmədinejad: "Biz belə inanırıq ki , iki ölkənin ortaq mənafeləri Tehran-Pekin əlaqələrinin keçmişdəkindən artıq genişlənməsinə fürsət yaradır"
İİR servisi/Aran Agentliyi
Bir günlük rəsmi ziyarət üçün Çinə gedən İran prezidentiı Mahmud Əhmedinejad, Çin Dövlət Başçısı Hu Jintao ilə Pekində görüşüb.
Pekin Parolimpiaçıların açılış mərasiminə qatılıb Əhmedinejad və İranlı atletləri də ziyarət edib.
İİR-nin prezidenti 2008 Pekin Paraolimpiya oyunlarının onüçüncü dövrünə göndərilmiş İran yığıma komandasını bəşəriyyət üçün izzət və kəramət carçısı adlandırıb.
İRNA-nın Pekindən verdiyi Məlumata əsasən, Pekin Paraolimpiya yarışlarında iştirak edən İran komandasının üzvləri qarşısında çıxış edən Mahmud Əhmədinejad deyib: "İranın Paraolimpiya karvanı xalqlar arasında sülh, dostluq və qardaşlıq carçısıdır" .
Əhmədinejad idman sahəsində comərdlik və etika qaydalarına riayət olunmasına təkid edərək əlavə edib: "İdman rəqabətlərində hamı birinci yerdə olmaq istəyir , amma insanlıq müsabiqəsində insanların hər biri comərdlik, əxlaq və çalışqanlıqla birinci yerdə dura bilərlər".
Çalışqanlıqla bütün problemlərə qalib gəlməyin mümkün olduğunu deyən İran dövlət başçısı qeyd edib ki, Paraolimpiya rəqabətləri insanın qabiliyyətinin göstəricisidir. Hazırda İslami İranın mömin və fədakar gəncləri , kişiləri və qadınları elmi və texnologiya ərsələrində uğur zirvələrini birbirinin ardınca fəth edirlər və şübhəsiz İranın idman komandası Pekin Paraolimpiya yarışlarında parlaq nəticələr əldə edəcək.
Qeyd edək ki, 2008-ci Pekin Paraolimpiya yarışları 12 gün müddətində təşkil olunacaq.Yarışlara 140 ölkədən olan 4 min idmançımın iştirakı ilə bu gün start verilir.
Çinin Milli Xalq Konqresində keçirilən bu görüşdə Tehranla Pekin arasında ikitərəfli əməkdaşlıqlar iki ölkə əlaqələrinin genişləndirilməsi yolları, həmçinin beynəlxalq və regional məsəllər müzakirə olunub.
Mahmud Əhmədinejad bu görüşdə deyib: "Biz belə inanırıq ki , iki ölkənin ortaq mənafeləri Tehran-Pekin əlaqələrinin keçmişdəkindən artıq genişlənməsinə fürsət yaradır".
Əhmədinejad həmçinin Çində 23-cü olimpiyanın uğurlu keçirilməsinə görə Çin dövlətini təbrik edib. O pekin yarışlarının da müvəffəqiyyətlə keçiriləcəyinə əmin olduğunu bildirib. Çin Xalq Respublikasının prezidenti Hutstin Tsao da bu görüşdə özünün İİR-nin prezidenti ilə keçmiş görüşlərini xatırladaraq deyib: "Biz ikitərəfli əməkdaşlıqlar, habelə regional və beynəlxalq məsəllər haqda daha çox fikir mübadiləsi aparmağımızı isətyirik".
O həmçinin Çindəki zəlzələ faciələri üçün İran dövləti və xalqının başsağlığı müraciəti və yardımlarına görə öz təşəkkürünü bildirib və bunu İranla Çin arasındakı qədim dostluğun nişanəsi adlandırıb.
Qeyd edək ki, Çinin cənub qərbini təsir edən zəlzələdə 80 mindən çox adam ölmüşdü.