Gürcüstanın keçmiş xarici işlər naziri Salume Zurabişvili deyib ki, Qafqazda mövcud olan böhranın həll edilməsi üçün İran kimi böyük ölkələrin yardımına ehtiyac var
Azərbaycan servisi/Aran Agentliyi
Gürcüstanın keçmiş xarici işlər naziri İranın Qafqaz böhranında həlledici rol oynaya biləcəyini vurğulayıb. Gürcüstanın keçmiş xarici işlər naziri Salume Zurabişvili deyib ki, Qafqazda mövcud olan böhranın həll edilməsi üçün İran kimi böyük ölkələrin yardımına ehtiyac var.
Müxbirimizin verdiyi məlumata əsasən, Gürcüstanın keçmiş xarici işlər naziri Salume Zurabişvili bu gün İranla Gürcüstanın dərin tarixi və mədəni ortaqlıqlara malik olmasını xatırladaraq qeyd edib ki, Gürcüstan böhranının həllində İranın yardımçı olması gözlənilir.
Zurabişvili müharibəsiz Qafqazın bütün bölgə qonşularının xeyrinə olduğuna təkid edərək əlavə edib: İran Rusiya ilə olan yaxın əlaqələrə görə, Tiflis- Moskva dialoqunu bərqərar edə bilər. Gürcüstanın keçmiş xarici işlər naziri Saakaşvili hökumətinin tənqidçilərindəndir və Kolumbiya universitetində siyasi elmlər üzrə təhsilini bitirib.