Tarix : 2008 Sep 07
Kod 7085

Qusarda əməliyyat nəticəsində üç vəhabi öldürülüb

ev mühasirəyə alınarkən əks tərəf hərbçilərə tərəf qumbara atıb və partlayışdan xəsarət alan olmayıb və təxminən 4-5 dəqiqəlik atışma başlanıb
Azərbaycan servisi/Aran Agentliyi
Avqustun 24-dən həyəcan siqnalı ilə gücləndirilmiş iş rejiminə keçən Qusar polisi, hüqüq-mühafizə orqanları və daxili qoşunları Rusiyadan Azərbaycana qaçmış dini eksterizmi təbliğ edən 4-6 nəfərlik dəstə üzvlərinin axtarışı istiqamətində keçirdiyi xüsusi əməliyyat tədbirləri sentyabrın 6-da daha da intensivləşib və 3 nəfər vəhabi təriqətli şəxs öldürülüb.

Sentyabrın 5-dən başlayaraq Qusar ərazisində yenidən hərbi texnika və vertolyotlar müşahidə edilməyə başlayıb. Sentyabrın 6-da Qusar şəhəri və Avaran meşə yolu tərəfdən hərbçilər tərəfindən mühasirəyə alınıb. Təxminən 10 dəqiqə sonra həmin istiqamətdən atışma səsləri eşidilib. ANS TV-nin çəkiliş qrupu atəş səslərini videolentə ala bilib.

ANS TV-in Qusar bürosuna verilən məlumata görə, ev mühasirəyə alınarkən əks tərəf hərbçilərə tərəf qumbara atıb və partlayışdan xəsarət alan olmayıb və təxminən 4-5 dəqiqəlik atışma başlanıb.
Atışma nəticəsində yaralanmış vəhabi təriqətli şəxslərdən biri- 31 yaşlı Qusar şəhər sakini Kamil Əsədulla oğlu Əsədullayev Qusar rayon mərkəzi xəstəxanasına çatdırılsa da, ölüb. Qusar Prokurorluğu faktla bağlı araşdırmalara başlayıb.
 
  • Yazılıb
  • da (də) 2008 Sep 07