Tarix : 2008 Sep 07
Kod 7087

Gül Ermənistana səfərini yüksək qiymətləndirib

Bu səfər qənaət bəxş bir səfər olaraq gələcək üçün ümidvarlıq səhifəsi açdı
Türkiyə servisi/Aran Agentliyi
Türkiyə prezidenti Abdulla Gül Ermənistana tarixi səfərini gələcəyə doğru atılan mühüm addım sayıb.
Frans Pressin verdiyi məlumata görə, Türkiyə prezidenti Ermənistan səfərini başa vurduqdan sonra keçirdiyi mətbuat konfransında deyib: Bu səfər qənaət bəxş bir səfər olaraq gələcək üçün ümidvarlıq səhifəsi açdı .Həmçinin ona görə, sevinc hissi keçirirəm ki, maneələrin aradan qaldırılması və əlaqələrin yaxşılaşdırılması hədəfi ilə konstruktiv dialoqun aparılmasının zərurəti haqda Ermənistanla oxşar mövqeyimiz var.

Ermənistan dövlət başçısı Serj Sarkisian da, türk həmkarı ilə görüşünün sonunda həmin mətbuat konfransında deyib: Abdullah Gülün iki ölkənin futbol komandalarının 2010-cu il dünya kuboku üzrə futbol yarışları çərçivəsində cavab oyun münasibətilə məni Türkiyəyə dəvət etməsi yaxşı bir başlanğıc olacaq.
Abdulla Gül və onun erməni həmkarı sentyabrın 6-da İrəvanda baş tutan görüşdə uzun illərdən bəri  iki ölkə arasında yaşanan ixtilafların araşdırılması sahəsində siyasi iradə və əzmkarlığın olduğunu vurğulayıblar. Abdullah Gül 1991-ci ildə Ermənistanın müstəqilliyə çatmasından sonra , Türkiyənin İrəvana səfərə çıxmış ilk prezidentidir.
Türkiyə Sovet İttifaqı dağıldıqdan sonra Ermənistanın müstəqilliyini tanıyan birinci ölkələrdən olmuşdur. Ancaq bir müddət sonra , Ermənistanın osmanlı türk dövlətinin 1915-1917-ci illərdə erməniləri qətliam etməkdə öz arqumentlərini sübuta yetirməyə cəhd göstərməsindən sonra , bu ölkə ilə siyasi əlaqələrini kəsmişdir.

  • Yazılıb
  • da (də) 2008 Sep 07