Çin Xalq Respublikasının prezidenti Hu Cintao ilə görüşdə beynəlxalq və regional məsələlər habelə İranla Çin arasındakı qarşılıqlı münasibətlər barədə fikir mübadiləsi aparıldı
İİR servisi/Aran Agentliyi
İİR-nin prezidenti Mahmud Əhmədinejad gələcəkdə müxtəlif sahələrdə Tehranla Pekin arasında əlaqələrin daha da möhkəmlənəcəyini vurğulayıb.
İranın dövlət başçısı bazar günün Pekini Tehrana tərəf tərk etməzdən öncə səfərin nəticələrini müsbət sayaraq deyib: Çin Xalq Respublikasının prezidenti Hu Cintao ilə görüşdə beynəlxalq və regional məsələlər habelə İranla Çin arasındakı qarşılıqlı münasibətlər barədə fikir mübadiləsi aparıldı.
İran prezidentinin sözlərinə görə, iki ölkə əlaqələrinin perspektivi aydındır və əlaqələr gələcəkdə daha da möhkəmlənəcək.
Əhmədinejad Çində yaşayan iranlılar və İranın Paraolimpiya oyunlarına göndərdiyi qrup üzvləri ilə görüşməyi Çinə səfərinin digər proqramlarından adlandırıb. Səfər zamanı Çində yaşayan iranlıların vəziyyəti ilə əlaqədar prezidentə hesabat təqdim olunub.