Çinin XİN başçısı İranın nüvə məsələsinin həllində region ölkələrinin rolundan danışıb
İİR servisi/Aran Agentliyi
Çinin XİN başçısı İranın nüvə məsələsinin həllində region ölkələrinin rolundan danışıb.
Onun sözlərinə görə, İranın nüvə işi təkcə dialoq yolu ilə öz həllini tapa bilər .
İİR-nin xarici işlər naziri Mənuçehr Müttəki də bu görüşdə Əfqanıstan məsələsini xatırladaraq beynəlxalq təşkilatlar və region ölkələrinin ifratçılıq, terrorizm və narkotik maddələri ilə mübarizə aparmasını zəruri sayıb.
O habelə Gürcüstan hadisələrinə münasibət bildirərək deyib : Sözsüz ki, əcnəbi qüvvələrin müdaxilə xarakterli hərəkətləri regionda vəziyyəti daha da gərginləşdirir. Ona görə də İİR daim bu məsələnin dinc yolla çözülməsini tərəfdarlıq edib.
Həmin görüşdə iki ölkənin xarici işlər nazirləri müxtəlif sahələrdə Tehranla Pekin arasındakı əlaqələrin genişləndirilməsini vacib sayıblar .