Tarix : 2008 Sep 08
Kod 7107

Meşə qardaşları nın lideri öldürüldü

Vəhhabi lideri öz maşınında mühasirəyə alınıb və müqavimət göstərmək istəyən zaiman ödürülüb
Azərbaycan servisi/Aran Agentliyi
Avqustun sonunda Dağıstandan Azərbaycana girən vəhhabi qrupunun lideri İlqar Mollaçiyev öldürülüb. Lent.az-ın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, Mollaçiyev sentyabrın 7-də Dağıstanan Məhərrəmkənd rayonunda məhv edilib. Vəhhabi lideri öz maşınında mühasirəyə alınıb və müqavimət göstərmək istəyən zaiman ödürülüb.
    Qeyd edək ki, İlqar Mollaçiyev1974-cü ildə Zaqatalada anadan olub. «Meşə qardaşları» qrupunun aktiv üzvü olan Mollaçiyev çeçen səhra komandiri Rəppani Xəlilovun öldürülməsindən sonra “Dağıstan əmiri” seçilib. Onun qrupu daha çox Dərbənddə və Azərbaycan ərazisində fəaliyyət göstərdiyi məlumdur.
    Rusiya hərbçiləri 2008-ci ilin yanvarında Mollaçiyevə onun qrupunun üzvlərinə qarşı iri əməliyyat keçiriblər. Aviasiyanın da istifadə edildiyi əməliyyat bir həftə çəkib. Əməliyyat nəticəsində 5 qrup üzvü öldürülsə də, Mollaçiyev qaçıb gizlənə bilib.
    «Abdulvaxxad» adı ilə tanınan İlqar Mollaçiyevin dəstəsi avqustun sonunda Azərbaycana girib. 4 nəfərdən ibarət silahlı dəstənin sərhədi keçərək, Azərbaycana daxil olması barədə məlumat hüquq-mühafizə orqanlarına avqustun 25-də daxil olub. Bundan sonra Qusar rayonuna qonşu rayonlardan polislər, Çevik Polis Alayının əməkdaşları, Daxili Qoşunların “Şahin” xüsusi təyinatlıları, Sərhəd Qoşunlarının bölmələri və MTN-in əməkdaşları cəlb olunublar. Avqustun 29-da silahlı dəstənin üzvlərinin Qusarın Həzrə kəndi yaxınlığında gizlənməsi barədə hüquq-mühafizə orqanlarına daxil olan məlumat əsasında polis və Daxili Qoşunlar əməliyyata başlayıb.
    Silahlı cinayətkarlar axtarışın başlandığını hiss edərək meşəyə çəkiliblər. Qaranlıqda hərəkət edən Daxili Qoşunların “Şahin” xüsusi təyinatlı dəstəsinin hərbçiləri ilə silahlılar arasında atışma başlayıb. Silahlılar hərbçilərə tərəf qumbara ataraq avtomatdan atəş açıb. Nəticədə “Şahin” xüsusi təyinatlı dəstəsinin müddətdən artıq hərbi xidmət keçən qulluqçusu Əli Yolçuyev aldığı 4 güllə yarasından hadisə yerindəcə həlak olub. Hərbçilərə müqavimət göstərə bilməyən silahlı dəstənin üzvləri arasında itkilərin olduğu barədə məlumat əldə etmək mümkün olmayıb. Silahlılardan xeyli sursat və əmlak götürülüb.
    Üstündən bir gün keçəndən sonra Dağıstan hüquq-mühafizə orqanlarının Məhərrəmkənd rayonunda əməliyyat keçirərək “Meşə qardaşları” qrupunun üzvlərindən olan Pirmaqomed Mirzəmaqomedovu həbs ediblər. Dağıstan Respublikasının Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, mirzəmaqomedov Qusar rayonunda Azərbaycan Daxili Qoşunlarının hərbçilərinə silahlı müqavimət göstərmiş dəstəyə, “Meşə qardaşları”na ərzaq daşıyıb, onların köməkçisi kimi çalışıb.
  • Yazılıb
  • da (də) 2008 Sep 08