Medvedyev : Dünyada heç bir dövlət öz vətəndaşlarının qətliam edilməsinə dözə bilməzdi və Rusiya öz xalqını xilas etmək, haqq və ədalətin riayət edilməsini öhdəsinə götürmüşdür
Rusiya servisi/Aran Agentliyi
Medvedyev deyib: Moskva heç zaman regionda militarist siyasətin tərəfdarı deyil və Gürcüstan ABŞ-ın oyunbazlıqlarına aldanan tərəf olub. Xəbər telekanalının bildirdiyi və Rusiyanın Rianovosti xəbər saytının yazdığına görə, Kreml Hökumət Şurasının iclasında, bu məqama toxunan Rusiya prezidenti Dmitri Medvedyev açıq-aşkar şəkildə deyib: Regionun təhlükəsizliyi Rusiya hökuməti üçün əhəmiyyət daşıyır. Təəssüflər olsun ki, bəzi Avropa ölkələri məsələyə dəqiq yanaşmayaraq, ABŞ-ın qərəzli siyasətlərinin mahiyyətini nəzərə almırlar və belə təsəvvür edirlər ki, əgər ABŞ onlara yardım etmək istəyirsə, deməli onların tərəfdarıdır.
Rianovosti internet saytının yazdığına görə, Medvedyev bu qənaətdədir ki, son vaxtlar Cənubi Osetiyada baş vermiş hadisələr göstərdi ki , Rusiya diqqət olunası bir ölkədir. Bu məsələ əyani şəkildə sübuta yetirdi ki, Moskva heç bir tərəfə Rusiya vətəndaşlarına təcavüz etməsinə yol vermir.
Rusiyanın prezidenti təkidlə bildirib: Dünyada heç bir dövlət öz vətəndaşlarının qətliam edilməsinə dözə bilməzdi və Rusiya öz xalqını xilas etmək, haqq və ədalətin riayət edilməsini öhdəsinə götürmüşdür.
Rianovosti internet saytının yazdığına görə, Medvedyev habelə deyib: Ölkəsi Gürcüstanın hücumundan sonra, Cənubi Osetiyanın bərpa edilməsinə yardım edir.
Onun sözlərinə görə, Cənubi Osetiya və Abxaziya müstəqil dövlətlər kimi milli həmrəylik və demokratiyaya nümunə olmalıdırlar.