Türkiyə prezidenti Abdulla Gül Ermənistan-Türkiyə milli futbol komandalarının oyunu bitdikdən sonra Ankaraya dönərkən Esenboğa hava limanında jurnalistlərə açıqlama verib
Türkiyə servisi/Aran Agentliyi
"Yeni Şərq"in lentşaz saytına istinadən verdiyi məlumata əsasən, Türkiyə prezidenti Abdulla Gül Ermənistan-Türkiyə milli futbol komandalarının oyunu bitdikdən sonra Ankaraya dönərkən Esenboğa hava limanında jurnalistlərə açıqlama verib.
O, Qafqazda sülh və sabitliyin qorunması üçün bölgə ölkələrinin işbirliyi içində çalışmasının vacibliyi, ölkələr arasında etimad mühiti yaradılması istiqamətində Ermənistan prezidenti Serj Sarkisyanla baxışlarının fərqli olmadığını söyləyib. Gül deyib ki, görüşdə həmçinin Türkiyə -Ermənistan əlaqələri və Dağlıq Qarabağ problemi və bu konteksdə Azərbaycan-Ermənistan əlaqələri də müzakirə olunub.
Abdulla Gül bildirib ki, səfəri səmərəli keçib və gələcəyə ümid yaradıb, Türkiyənin bölgədə əhəmiyyətini bir daha ortaya qoyub. "Mən də fürsətdən istifadə edib, Sarkisyanı gələn il keçiriləcək Türkiyə-Ermənistan milli komandalarının oyununa dəvət etdim", - deyə bildirib.