Tarix : 2008 Sep 08
Kod 7113

MİSİR MƏRDANOVDAN ŞOK QƏRAR

Azərbaycan təhsil naziri Misir Mərdanov xarici ölkə universitetlərindən Azərbaycan ali məktəblərinə tələbə köçürülməsinin dayandırılması ilə bağlı qərar qəbul edib
Azərbaycan servisi/Aran Agentliyi
Azərbaycan təhsil naziri Misir Mərdanov xarici ölkə universitetlərindən Azərbaycan ali məktəblərinə tələbə köçürülməsinin dayandırılması ilə bağlı qərar qəbul edib. qaynar.info-nun məlumatına görə, buna səbəb nazirliyin apardığı monitorinqlər nəticəsində çoxsaylı saxtakarlıq hallarının ortaya çıxması olub.
Bu faktlar əsasən, MDB ölkələrində təhsil alan tələbələrin sənədləri araşdırılarkən aşkarlanıb və buna görə köçürmələr birdəfəlik dayandırılıb. Bəlli olub ki, xaricdəki ali məktəblərdən köçürülmək istəyən tələbələrin əksəriyyəti
 Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının imtahanlarında keçid balını toplamayan və yaxud ümumiyyətlə, imtahanlarda iştirak etməyən, xarici pasportu olmayan, hətta heç bir xarici dildə danışmağı bacarmayan şəxslərdir.
  • Yazılıb
  • da (də) 2008 Sep 08