Tarix : 2008 Sep 08
Kod 7114

Brayza Qarabağı ermənilərə bağışlayır

ATƏT-ın Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayzanın sözləri Qarabağın Ermənistana qoşulması ya müstəqilliyə çatması üzrə gizlin layihələrin olması ehtimalını daha da gücləndirib
Azərbaycan servisi/Aran Agentliyi

Metyu Brayzanın son fikirləri Qarabağın Ermənistana qoşulması ya müstəqilliyə çatması üzrə gizlin layihələrin olmasından xəbər verir Metyu Brayzanın son fikirləri Qarabağın Ermənistana qoşulması ya müstəqilliyə çatması üzrə gizlin layihələrin olmasından xəbər verir.
İSNA İnformasiya Agentliyi Bakıda çıxan Yeni Müsavat qəzetinin son sayına istinadən yazır: ATƏT-ın Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayzanın sözləri Qarabağın Ermənistana qoşulması ya müstəqilliyə çatması üzrə gizlin layihələrin olması ehtimalını daha da gücləndirib.
Bu qəzetin qazdığına görə, Minsk Qrupunun amerikalı həmsədri, Moskvada Az. R. və Ermənistanın xarici işlər nazirləri arasında baş tutan son görüşdən sonra, tam əminliklə Dağlıq Qarabağ barədə referendumun keçiriləcəyini vurğulayıb.
Bu arada ekspertlərin bir çoxu, Türkiyə prezidentinin Ermənistana son səfəri və iki tərəfin qarşılıqlı əlaqələrin yaxşılaşdırılması sahəsindəki səyləri və atılan addımlarını da Qarabağ məsələsində üzərində dayanmalı olan hadisələrin göstərilməsi ilə izah edirlər.
Bu ekspertlərin qənaətincə əgər Türkiyə Ermənistanla münasibətləri adiləşdirmək və əlaqələri qurmaqda Qarabağ konfliktinin həllini şərt qoymuşdusa, onda demək olar ki rəsmi Ankaranın tələm-tələsik qərarı hazırda ictimaiyyətin diqqətindən gizli saxlanılan bəzi məsələlərə dəlalət edir.

  • Yazılıb
  • da (də) 2008 Sep 08