Azərbaycan servisi/Aran Agentliyi
Livan Hizbullahının baş katibi Sionist rejimini Livan xalqının düşməni adlandırıb. Livan Hizbullahının baş katibi Seyyid Həsən Nəsrullah İranın Mərkəzi İnformasiya Agentliyi ilə müsahibədə deyib: Bütün xalq Sionist düşmən qarşısında müqavimətin mənasını dərk edir. Müxtəlif tayfalar, məzhəblər, partiyalar və qrupların müqavimət barəsində növbənöv təfəkkür və baxışlarla eyni fikrə malik olmalarına səbəb olub.
Livan Hizbullahının baş katibi, Hizbullahın hazırlıq durumu ilə bağlı deyib: Bizim proqramlaşdırma və himayə həmdə ki, qüvvələrin hazırlığı baxımından döyüşçülərimizin əhval ruhiyyəsi yüksək görünür.
Seyyid Həsən Nəsrullah Sionist rejimi kimi bir rejimlə qonşu olmaq və bu rejimin Qərb dövlətlərinin ona göstərdiyi himayələrinə və bu qanunsuz rejimin hərbi potensiallarına işarə edərək, deyib : Biz daim hazır vəziyyətdə olmalıyıq.
Livan Hizbullahının baş katibi sionistlərin regionda digər bir müharibəyə başlamaq niyyətində olmalarından xəbər verərək, deyib: Sionist rejiminin regionda təcavüz xarakterli mentaliteti və sifəti xüsusi ilə də ölkəmizin torpağına və ərazisinə təcavüzü kəsilməyənə qədər region sabitlik üzünə həsrət qalacaq və qan tökülmə və müharibə şəraiti yaşanacaq.