Britaniya vətəndaşı “MAEPSK Contrakt” şirkətində 4 nəfər digər britaniyalı vətəndaşla birgə qaynaq işlərinin aparılması üçün dünən Azərbaycana gəlib
  Azərbaycan servisi/Aran Agentliyi
Bakının Nəsimi rayon Polis İdarəsindən Trend News-a verilən məlumata görə, çərşənbə axşamı səhər saat 7 radələrində Tolstoy küçəsi, dalan9, ev2 ünvanında Böyük Britaniya krallığının İrlandiya respublikasının vətəndaşı, 31 yaşlı Cameron Qavin Vilyamın cəsədi aşkarlanıb.
 
Britaniya vətəndaşı “MAEPSK Contrakt” şirkətində 4 nəfər digər britaniyalı vətəndaşla birgə qaynaq işlərinin aparılması üçün dünən Azərbaycana gəlib.
 
O, Hall Kat mehmanxanasında məskunlaşıb.
 
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.