bütün hallarda erməni qüvvələri cavab atəş ilə susdurulub. İtki yoxdur
Azərbaycan servisi/Aran Agentliyi
Son sutka ərzində Azərbaycan R. Milli Ordusunun mövqeləri 12 istiqamətdən atəşə tutulub. ANS Xəbər Agentliyinin məlumatına görə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verib ki, Ermənistan silahlı qüvvələri sentyabrın 8-də saat 13:30-dan 13:35-dək Ermənistan R. Berd rayonunun Ayqepar kəndi ərazisindəki mövqelərindən Az. R silahlı qüvvələrinin Tovuz rayonunun Əlibəyli kəndi ərazisində yerləşən mövqelərini saat 18:20-dən 18:45-dək Ermənistanın İcevan və Noyambryan rayonlarının Berkaber və Voskevan kəndləri ərazisində yerləşən mövqelərindən Az. R. silahlı qüvvələrinin Qazax rayonunun Qızılhacılı və Quşçuayrım kəndləri ərazisində yerləşən mövqelərini, saat 18:10-dan 18:35-dək Füzuli rayonunun Qaravənd kəndi yaxınlığında yerləşən mövqelərdən,
saat 19:15-dən 19:20-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən,
saat 21:20-dən 21:35-dək Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən,
saat 22:20-dən 22:30-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərində yerləşən mövqelərdən,
saat 22:30-dan 22:45-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən,
saat 23:25-dən 23:35-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən,
Sentyabrın 9-da saat 00:30-dan 00:45-dək Tərtər rayonunun Çaylı kəndi yaxınlığında yerləşən mövqelərdən
Azərbaycan Respublikası silahlı qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
ANS sonda qeyd edir ki, bütün hallarda erməni qüvvələri cavab atəş ilə susdurulub. İtki yoxdur.