Tarix : 2008 Sep 09
Kod 7141

Qərb dünyası Rusiyanı təcrid etmək istəyir

Qorbaçov: Biz Qərbin və ələlxüsus Amerikanın Rusiyanı təcrid etmək və mühasirəyə almaq niyyəti ilə Ukrayna və Gürcüstanı NATO -ya üzv olmağa dəstəkləmək kimi tədbirlərinin şahidiyik
Rusiya servisi/Aran Agentliyi

Avropa Birliyi Gürcüstanla həmrəy olduğunu bildirib. Fransa Pressin Tbilisidən verdiyi məlumata görə, Avropa Birliyi komissiyasının sədri Qafqazda cərəyan edən son böhranın ardınca Gürcüstanla həmrəylik elan edib.
Xoze Manuel Broso Fransa prezidenti Nikola Sarkozi ilə birgə mətbuat konfransında deyib: Gürcüstan bu çətin saatlarda Avropa Birliyi ilə həmrəylik və onunla qarşılıqlı əməkdaşlığa güvənə bilər.
Başqa bir xəbərə görə, Sovet İttifaqının sonuncu prezidenti Mixail Qorbaçov Qərb dünyasının Amerika daxil olmaqla Rusiyanı təcrid etməyə can atdığını bildirib. Mixail Qorbaçov İspaniyada etdiyi çıxışda deyib: Biz Qərbin və ələlxüsus Amerikanın Rusiyanı təcrid etmək və mühasirəyə almaq niyyəti ilə Ukrayna və Gürcüstanı NATO -ya üzv olmağa dəstəkləmək kimi tədbirlərinin şahidiyik.

  • Yazılıb
  • da (də) 2008 Sep 09