Tarix : 2008 Sep 09
Kod 7143

Gəncədə avtomobil partladı

Hadisə şəhərin “AzNİXİ” deyilən yaşayış massivində baş verib
Azərbaycan servisi/Aran Agentliyi
Bu gün günorta saatlarında Gəncədə minik avtomobilində partlayış olub. Lent.az-ın Gəncəbasar müxbirinin məlumatına görə, partlayışdan dərhal sonra maşın yanmağa başlayıb. Hadisə şəhərin “AzNİXİ” deyilən yaşayış massivində baş verib. Hadisə yerən gələn Gəncə şəhər Yanğından Mühafizə idarəsinin əməkdaşları yanğını söndürməyə nail olublar. Xoşbəxtlikdən yanğın nəticəsində xəsarət alan olmayıb. Hazırda hadisənin nədən baş verməsinin səbəbləri araşdırılır.
 
  • Yazılıb
  • da (də) 2008 Sep 09