Gürcüstanın "Yeni Sağçılar" partiyasının sədri David Qamkrelidze tez bir zamanda Gürcüstan prezidenti Mixail Saakaşvilin istefaya getməsini istəyib
Gürcüstan servisi/Aran Agentliyi
Gürcüstan müxalifəti Saakaşvilin istefasını tələb edirlər.
İslam-Azeri-nin NTV-yə istinadlı xəbərinə görə Gürcüstanın "Yeni Sağçılar" partiyasının sədri David Qamkrelidze tez bir zamanda Gürcüstan prezidenti Mixail Saakaşvilin istefaya getməsini istəyib.
Tsxinvalinin bombalanması əmrini verdiyinə görə Gürcüstanın idarə etdiyi bölgələrin itirməsinə görə Saakaşvilinin istefasının vacibliyini önə çəkən David Qamkrelidze ölkədə növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsini tələb edib.
Natonun Gürcüstanı öz sıralarına qəbul etməsində tərəddüdlərinə də işarə edən "Yeni Sağçılar" partiyasının sədri bu problemlərin yaradıcısının da məhs Gürcüstan prezidenti Mixail Saakaşvili olduğunu bildirərək digər müxalifət partiyaları ilə ölkədəki vəziyyətə dair yekdil qərar qəbul edəcəklərini bildirib.