Tarix : 2008 Sep 10
Kod 7162

RUSİYADA «QURAN» QİRAƏTİ MÜSABİQƏ KEÇİRƏLƏCƏK

Müqəddəs kitabın qiraətinddə Dağıstan, Başqırdıstan, İnquşetiya, Tatarıstan, Çeçenistan, Penza vilayəti və digər bölgələrdən olan onlarla söz ustası iştirak edəcək
Rusiya servisi/Aran Agentliyi

Noyabrın 3-ü və 4-də Kazan şəhərində ikinci Ümumrusiya «Quran» qiraəti müsabiqəsi keçiriləcək. Tədbir Tatarıstan paytaxtında Rusiya İslam Universitetinin yaradılmasının 10 illiyi çərçivəsində keçiriləcək. Məlumatı İTAR-TASS agentliyinə Tatarıstan Müsəlmanları Ruhani İdarəsinin müftisi Qusman İshaqov verib.
Onun sözlərinə görə, müsabiqədə məqsəd Rusiyada «Quran»ın əzbər öyrənilməsi ənənəsinin inkişaf etdirilməsidir. Tədbirin təşkilatçıları Asiya Müsəlmanları Komitəsi, Ümumdünya İslam Xeyriyyə Təşkilatı və Tatarıstan Müsəlmanları Ruhani İdarəsidir. Müqəddəs kitabın qiraətinddə Dağıstan, Başqırdıstan, İnquşetiya, Tatarıstan, Çeçenistan, Penza vilayəti və digər bölgələrdən olan onlarla söz ustası iştirak edəcək. Onların ustalığını isə Qətər, Səudiyyə Ərəbistanı, Küveyt və MDB ölkələrindən olan tanınmış hafizlər qiymətləndirəcək.
Müsabiqənin proqramında Rusiya İslam Universitetinin, eləcə də digər ölkələrin «Quran» alimlərinin çıxışları da nəzərdə tutulur. Müsabiqə tatar estrada artistlərinin ifasında münəcatla başa çatacaq.
«Quran» qiraəti üzrə ilk Ümumrusiya müsabiqəsi Kazanda 2004-cü ilin noyabrında keçirilmişdi. Onun qalibi Penza İslam Universitetindəki kollecin şagirdi İslam Daşkin olmuşdu.

  • Yazılıb
  • da (də) 2008 Sep 10