prezident Abdulla Gül Türkiyə vaxtı ilə saat 14.15-də Ankaranın Esenboğa Hava Limanında jurnalistlər üçün brifinq keçirdikdən sonra Bakıya yol alacaq
  Türkiyə servisi/Aran Agentliyi
Lent.az Çankaya köşkünə istinadən bildirir ki, prezident Abdulla Gül Türkiyə vaxtı ilə saat 14.15-də Ankaranın Esenboğa Hava Limanında jurnalistlər üçün brifinq keçirdikdən sonra Bakıya yol alacaq. 
 
Bakı vaxtı ilə saat 19-da Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü başlayacaq. Saat 19.45-də isə hər iki prezidentin rəhbərlik etdiyi nümayəndə heyətlərinin geniş tərkibli görüşü başlayacaq. 
Görüş başa çatan kimi – saat 20.15-də dövlət başçılarının birgə mətbuat konfransı olacaq. 
Saat 20.30-da Azərbaycan prezidenti İlham Əliyev Türkiyə Prezidentinin şərəfinə axşam yeməyi verəcək. 
Saat 22.45-də Türkiyə prezidenti mətbuata açıqlama verəcək və bununla da səfər başa çatmış sayılacaq. 
Qeyd edək ki, Gül bu səfərdən öncə Ermənistan prezidenti Serj Sarkisyanın dəvəti iə İrəvanda keçirilən Ermənistan-Türkiyə futbol matçını izləyib və həmin səfər çərçivəsində Serj Sarkisyanla təkbətək görüş keçirib.