Düşmən daima çalışıbdır, belə inandırsın ki, İslam dəyərlər və İslam İnqilabı prinsiplərinə bağlı olmaqla inkişaf qeyri-mümkündür
İİR servisi/Aran Agentliyi
İslam İnqilabının Böyük Rəhbəri İİR-nın beynəlxalq zülm və zorakılıq və diktatura ilə müxalifətini, dünya hegemonlarının İran xalqı ilə düşmənçiliklərinin əsası hesab ediblər. İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah-əl-üzma Xamenei çərşənbə axşamı Tehranda İİR-nin üç əsas güc quruluşu sədrləri və müxtəlif hissələrinin məsul şəxslərinin, O Həzrətlə görüşündə İslam İnqilabı şüarlarına bağlılığı ölkənin inkişafa doğru hərəkəti ilə heç bir ziddiyyətdə olmamasına təkid edərək, əlavə ediblər: Düşmən daima çalışıbdır, belə inandırsın ki, İslam dəyərlər və İslam İnqilabı prinsiplərinə bağlı olmaqla inkişaf qeyri-mümkündür. Halbuki, bunlara rəğmən İİR-nın əzəmətli inkişaflar və nailiyyətləri şüarlar və prinsiplərə bağlı olmağa görədir.
İslam İnqilabının Böyük Rəhbəri ölkənin elm və texnologiyadakı böyük inkişaflara və nailiyyətlərinə işarə edərək xatırladıblar: Bu inkişaflar və nailiyyətlərin bəzisi İranda və bəzisi də dünyada misli görünməmişdir və İranı bu texnologiyalara malik olan az saylı ölkələr sırasında yerləşdiribdir.
Həzrət Ayətullah-əl-üzma Xamenei nüvə texnologiyası mövzusunu İranın yüksək elmi inkişaflarının yalnız bir nümunəsi kimi hesab ediblər və xatırladıblar: İİR abadlıq və xalqın yaşayışının yaxşılaşdırılması haqda da yaxşı inkişaflar və nailiyyətlər əldə edibdir.
Bu görüşdə İİR-nın prezidenti cənab Mahmud Əhmədinejad da çıxış edərək düşmənlərin ağır siyasi, təbliğat və iqtisadi təzyiqlərinə rəğmən beynəlxalq arenalardakı İslami quruluşun mövqeyini münasib bilib.
Cənab Əhmədinejad deyib: İİR-nın məsul şəxsləri iman və milli həmrəyliklə islami dəyərləri müdafiədə son dərəcə əzmkarlıqla dayanıblar və prinsip və dəyərlərdən geri oturma haqda hegemonçuluq dünyasını həsrət qoyacaqlar.