İranın sülhsevər nüvə fəaliyyəti və İraq, Əfqanıstan və Qafqaz hadisələri kimi məsələlər İranın Xarici İşlər Naziri müavinin İngiltərə Xarici İşlər Naziri ilə görüşünün əsas predmeti olmuşdur
İİR servisi/Aran Agentliyi
Mehdi Səfəri deyib: İİR Yaxın Şərqdə potensial bir ölkə olaraq, regionun təhlükəsizliyi üçün Avropa ilə əməkdaşlıq etməyə hazırdır. Avropa məsələləri üzrə İranın Xarici İşlər Nazirinin müavini Mehdi Səfəri Londonda müxbirlər qarşısında İngiltərənin Xarici İşlər Naziri ilə görüşündə, Deyvid Milibəndi İrana dəvət etməyi və onun bu dəvəti qəbul etdiyinə işarə edib.
İranın sülhsevər nüvə fəaliyyəti və İraq, Əfqanıstan və Qafqaz hadisələri kimi məsələlər İranın Xarici İşlər Naziri müavinin İngiltərə Xarici İşlər Naziri ilə görüşünün əsas predmeti olmuşdur.
Səfər habelə Gürcüstan böhranında İranın mövqeyi barəsində deyib: Bizim mövqeyimiz aydındır. Biz xüsusi ilə bizə yaxın bir regionda sülh və təhlükəsizliyin bərpa olunmasını istəyirik.
Mehdi Səfəri İranın Qafqazın hazırkı vəziyyətinə narahat olduğuna işarə etmiş və bildirmişdir ki, Tehran Gürcüstan məsələsinin həlli üçün 3+3 layihəsi çərçivəsində öz layihəsini irəli sürmüşdür.