platformanın yanında baş verən partlayışın qəsdən, özü də partladıcı qurğu vasitəsilə törədilməsi şübhə doğurmur
Azərbaycan servisi/Aran Agentliyi
Dünən Moskvanın şimal-şərq hissəsində, metropolitenin “Petrovski-Razumovskaya” stansiyasının platformasının yaxınlığında bomba işə salınıb. Rusiya Fövqəladə Hallar Nazirliyinin paytaxt idarəsinin mətbuat xidmətindən verilən məlumata görə, insident bazar ertəsi axşamı saat 20.56-da qeydə alınıb. “”01" xidmətinə daxil olan çağırışda bildirilirdi ki, “Petrovsko-Razumovskaya” stansiyasının yaxınlığındakı iki ticarət köşkünün arasında partlayış olub. Hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər göndərilsə də, onların işinə ehtiyac duyulmayıb.
Partlayışdan sonra dağıntı və yanğın olmayıb", - FHN-in yetkilisi Denis Zavqorodniy bildirib.
Hüquq-mühafizə orqanları hadisə yerinə baxış keçirəndən sonra bəlli olub ki, buludsuz partladıcı qurğu işə salınıb.
Dünən axşam milis “sadəcə olaraq, ticarət köşklərindən birindəki soyuducu qurğunun kompressoru partlayıbmış” deyib.
Lakin şahidlərin dediklərinə görə, platformanın yanında baş verən partlayışın qəsdən, özü də partladıcı qurğu vasitəsilə törədilməsi şübhə doğurmur.
“O köşklərin ikisi də azərbaycanlılara məxsusdur. Biri Qüdrət Həmidovun, digəri də Mais Əliyarovundur. Partlayışın qəsdən törədilməsinə şübhə etmirik. Çünki bu adamların hər ikisi indiyədək dəfələrlə təhdid olunub, xəbərdarlıq alıblar. Onlardan köşkləri satıb getmələri istənilir. Amma təklif olunan məbləğ çox azdır və buna görə də azərbaycanlılar inad ediblər. Görünür, partlayışla onların ”inadını qırmaq" istəyənlərin işidir. Köşk sahibləri iki həftə əvvəl şirkətimizə hüquqi yardım və müdafiə üçün müraciət etmişdilər", - deyə Moskva milisinin ictimaiyyətlə əlaqələr departamentindən xəbər yayılıb.
Yeri gəlmişkən, xatırladaq ki, ötən həftə “Domodedovskaya” metro stansiyasının yaxınlığındakı General Yeqorov küçəsində yerləşən “Artizan” kafesində partladıcı qurğunun işə salınması nəticəsində bir azərbaycanlı həlak olmuş, 10 nəfər yaralanmışdı.
“Artizan”dakı partlayışda olduğu kimi, “Petrovski-Razumovskaya” platformasının yaxınlığında da içi bolt və qaykalarla doldurulmuş partladıcı qurğudan istifadə edilib.