cinayətkara qarşı qəsdən adam öldürmək, xüsusi təhlükəli yolla iki nəfərin öldürülməsinə cəhd etmək, başqasının əmlakını yandırmaq yolu ilə məhv etmək maddələrilə cinayət işi qaldırılıb
Azərbaycan servisi/Aran Agentliyi
Lent.az-ın “Regnum” agentliyinə istinadən verdiyi məlumata görə, cinayətkara qarşı qəsdən adam öldürmək, xüsusi təhlükəli yolla iki nəfərin öldürülməsinə cəhd etmək, başqasının əmlakını yandırmaq yolu ilə məhv etmək maddələrilə cinayət işi qaldırılıb.
Hadisə 2001-ci il sentyabrın 27-də baş verib. Cinayətkar P. doğma bacısı ilə vətəndaş nigahında yaşayan 48 yaşlı Azərbaycan vətəndaşı, eləcə də onun dostu, 46 yaşlı digər Azərbaycan vətəndaşi ilə içki məclisi qurub. Bir qədər sonra P. və bacısı ilə bir yerdə yaşayan azərbaycanlı arasında münaqişə baş verib.
Kişilər yatandan, bacısı isə qonşuya gedəndən sonra P. döşəməyə benzin tökərək evi yandırıb. Özü isə giriş qapısını açarla bağlayaraq qaçıb. Yanğın yerinə çatan qonşulardan biri pəncərəni sındıraraq ev sahibəsi ilə vətəndaş nigahında yaşayan azərbaycanlını xilas edib. Digər Azərbaycan vətəndaşı isə yanaraq ölüb.
P. 7 il ərzində hüquq-mühafizə orqanlarından gizlənib. Bu il sentyabrın 8-də isə cinayətkarın yeri müəyyən edilib və o, həbs olunub.