İİR servisi/Aran Agentliyi
İngiltərənin Xarici İşlər Naziri deyib: İran indiyə qədər özünün sülhsevər nüvə proqramı haqda etimad yaratma üzrə böyük addımlar atıbdır. İRNA-nın verdiyi məlumata əsasən İngiltərənin Xarici İşlər Naziri Deyvid Milibend çərşənbə axşamı günü Londonda İİR-nın Xarici İşlər Nazirinin Avropa Məsələləri üzrə müavini Mehdi Səfəri ilə görüşdə, ölkəsinin İranın nüvə mövzusu barəsindəki mövqelərini şərh edərək, İran xalqının dərin tarix, sivilizasiya və mədəniyyətinə işarə edib və bu müzakirələrin davamını istəyib.
İranın Xarici İşlər Nazirinin Avropa Məsələləri üzrə müavini də bu görüşdə deyib: Biz etimad yaratmaq istəyirik və bu sahədə də böyük addımlar atmışıq və bu işi davam etdirəcəyik və heç vaxt qeyri-qanuni təzyiqlərə təslim olmayacağıq. Səfəri əlavə edib: İİR özünün qanuni hüququnu əldə etmək üçün aydın prinsiplərə malikdir və sülhsevər nüvə proqramı haqda ikili standartları da qəbul etməyəcək. İki tərəf bu görüşdə həmçinin Qafqaz regionundakı son dəyişikliklər, həmçinin İraq, Əfqanıstan və Pakistan məsələləri barədə də fikir mübadiləsi aparıb.
Bazar ertəsi günü Londona daxil olmuş Mehdi Səfəri dünən İngiltərə Baş Nazirinin Xarici Siyasət üzrə müşaviri Seymon Makdonaldla görüşüb, danışıqlar aparıb. Bu iranlı rəsminin bu gün də sonuncu olaraq, İngiltərənin parlamentinin liberallar millət vəkilləri ilə görüş keçirib, müzakirə edəcəyi qərar alınıb.
İranda Buşehrin adı həmişə nüvə və atom məsələlərində xatırladılır. Ancaq, Buşərin tam başqa görünüşü, təbiətinin nə qədər gözəl olması haqda bəlkə heç kəs fikrləşmirdi.