Tarix : 2008 Sep 12
Kod 7215

RUS RAKETLƏRİ POLŞA VƏ ÇEXİYANI VURA BİLƏR

Rusiyanın strateji mərmi birlikləri komandiri polkovnik Nikolay Salotsov, Amerikanın Rusiya sərhədində raketdən müdafiə etmə sistemi quraşdıracağı halda Polşa və Çexiyanı vura biləcəklərini açıqlayıb
Rusiya servisi/Aran Agentliyi
Rusiya strateji mərmi birlikləri komandiri polkovnik Salotsov keçən gün etdiyi çıxışında Amerikanın Rusiya sərhədlərinə mərmi qalxanı yerləşdirməsinin Polşa və Çex Respublikasının Rusiyanın ballistik raketlərinə hədəf olmasına səbəb ola biləcəyini bildirdi.

Rus hərbi səlahiyyətli hələlik şərqi Avropada raketdən müdafiə sisteminin yerləşdirilməsinin Rusiyanın milli təhlükəsizliyinə ciddi hədə meydana gətirmədiyini, Moskvanın bu cür bir hərəkətin nəticələrindən və ya daha doğrusu Amerikalıların şəffaf davranmamasından qayğı hiss etdiklərini, amma hər vəziyyətdə Rusiyanın nüvə başlıqlarının hər cür hücuma qarşı ən fundamental daşındırıcı faktor olduğunu vurğuladı.

Qeyd edək ki, Poşa və Çexiya əhalisinin böyük hissəsi ABŞ-ın onların ölkəsində raketdən müdafiə sisteminin qurulmasının əleyhinə olsalar da, ABŞ təkidlə bu ölkədə bu sistemləri qurmaqda israrlı olduğunu göstərir.
  • Yazılıb
  • da (də) 2008 Sep 12