Tarix : 2008 Sep 13
Kod 7233

İran və Rusiya Xarici İşlər Nazirləri əlaqələrin sıxlaşdırılmasını vacib sayıblar

İİR-in XİN iki ölkənin yüksək rütbəli rəsmilərinin müntəzəm surətdə, Tehranda, Moskvada və digər ölkələrdə baş tutan görüşlərini gələcəkdə iki ölkə əməkdaşlıqları üçün əlverişli hesab edib
Rusiya servisi/Aran Agentliyi

Mənuçehr Müttəki İranla Rusiya arasında əlaqələrin genişləndirilməsinə təkid edib. İRNA-nın verdiyi məlumata görə, cümə günü bir günlük səfər məqsədi ilə Moskvaya səfər etmiş İran İslam Respublikasının Xarici İşlər Naziri Mənuçehr Müttəki öz rus həmkarı Sergey Lavrov ilə görüşdə Tehranla Rusiya əlaqələrinin əhəmiyyətinə işarə edərək deyib: Bu əlaqələr qarşılıqlı əməkdaşlıqların genişləndirməsi məcrasında davam edəcək.
İİR-in XİN iki ölkənin yüksək rütbəli rəsmilərinin müntəzəm surətdə, Tehranda, Moskvada və digər ölkələrdə baş tutan görüşlərini gələcəkdə iki ölkə əməkdaşlıqları üçün əlverişli hesab edib.
Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov da iki ölkə rəsmiləri arasında baş tutan ardıcıl görüşlərdən razı qaldığını ifadə edərək deyib: Rusiya yüksək səviyyədə əldə olunan İranla mövcud razılaşmaların hamısına sadiqdir. Qarşılıqlı əlaqələrlə bağlı məsələlər, regional hadisələr iki ölkə prezidentlərinin Tacikistanda Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının son zirvə görüşü çərçivəsində olan razılaşmaların araşdırılması, İranla Rusiya Xarici İşlər Nazirlərinin iş gündəmində yer tutur.

  • Yazılıb
  • da (də) 2008 Sep 13