Tarix : 2008 Sep 13
Kod 7236

BİZİ VASİF ADLI BƏLADAN XİLAS EDİN

Ordubadlıların dediyinə görə, təzyiqə təkcə onlar məruz qalmayıblar: “Həmyerlimiz, Moskvada yaşayan Frenk El Kapone- Füzuli Məmmədov dəstə kəndində 2 hektar torpaq almışdı, hasarlamışdı
Azərbaycan servisi/Aran Agentliyi
Ordubad sakinləri ölkə başçısına müraciət etdilər.

Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun bir qrup sakini redaksiyamıza müraciət edib. “Bizi Vasif adlı bəladan xilas edin” çağırışı ilə başlayan müraciət prezident İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, millət vəkillərinə, xarici ölkə səfirliklərinə də ünvanlanıb. Müraciətdə deyilir: “Hörmətli prezident! Görün vəziyyət necədir ki, Vasif Talıbovun qorxusundan Naxçıvandan gedən şikayətlərə Bakıda baxılmır. Bütün qapılar bizim üzümüzə bağlıdır. Naxçıvana son səfəriniz zamanı Vasif Talıbov bir nəfər vətəndaşın sizinlə görüşməsinə imkan vermədi. Səbəbi də bəllidir. Çünki Naxçıvan əhalisinin 90 faizi V.Talıbov rejiminə nifrət edir".

Təkcə Ordubadda 158 ticarət obyekti sökülüb

Ordubadlılar daha sonra yazırlar: “Son vaxtlar təkcə kiçik Ordubad rayonunda 158 ticarət obyekti sökülüb. Ordubad şəhəri Sidqi küçəsində isə əksər dükan və mağazaların pəncərələrini hördürüblər. Belə anormal qərar olarmı? Bu, hələ harasıdır? Şəhərin mərkəzində vaxtı ilə konserv zavodunun nəzdində ikimərtəbəli gözəl bir yeməkxana vardı, onu da sökdülər. Bütün bu obyektlərdən insanlar evlərinə çörəkpulu aparırdılar. Təsəvvür edin, bu obyektlərin sahiblərinə bir manat da olsa kompensasiya verilmədi”.

Talıbov Frenk El Kaponenin torpaqlarını zəbt edib

Ordubadlıların dediyinə görə, təzyiqə təkcə onlar məruz qalmayıblar: “Həmyerlimiz, Moskvada yaşayan Frenk El Kapone- Füzuli Məmmədov dəstə kəndində 2 hektar torpaq almışdı, hasarlamışdı. Konserv zavodu, mürəbbə, tomat və şirə sexi tikmək istəyirdi. O qədər ”şapka" istədilər ki, qaçmalı oldu. Ondan da yadigar hasarlanmış sahə qaldı. Bir qədər əvvəl isə onun yanacaqdoldurma məntəqəsini də əlindən alıb Talıbovun qohumlarından birinə verdilər".
Müraciəti imzalayan şəxslər sonda yazırlar: “Cənab prezident, Vasif Talıbovu başa salın ki, xalqın nifrəti ona yaxşı heç nə vəd etmir”.
Müraciəti 70 nəfər ordubadlı imzalayıb.
  • Yazılıb
  • da (də) 2008 Sep 13