O, Türkiyənin Qafqaz Sabitlik və Əməkdaşlıq Platforması yaradılması təşəbbüsünü konstruktiv adlandırıb: “Mən Ermənistanla Türkiyə arasında münasibətlərin yaxşılaşmasını alqışlayıram
Azərbaycan servisi/Aran Agentliyi
“Ermənistan və Türkiyə prezidentləri böyük siyasi riskə gediblər və mərdlik göstəriblər”. Bu sözləri Xankəndində jurnalistlərə açıqlamasında ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza deyib.
O, Türkiyənin Qafqaz Sabitlik və Əməkdaşlıq Platforması yaradılması təşəbbüsünü konstruktiv adlandırıb: “Mən Ermənistanla Türkiyə arasında münasibətlərin yaxşılaşmasını alqışlayıram. Fikrimcə, vəziyyətin bu yöndə dəyişməsi iqlimi sağlamlaşdırır, bu isə o deməkdir ki, Ermənistan danışıqlarda daha açıq ola bilər. Bəlkə yanılıram, ancaq mən buna ümid edirəm”.
M. Brayza Dağlıq Qarabağ münaqişəsinin həllinin baza prinsipləri üzərində işi başa çatdırmağın zəruriliyini vurğulayıb. O, Dağlıq Qarabağ ermənilərinin lideri Bako Saakyanla görüşünün çox konstruktiv və maraqlı olduğunu bildirib:
“Görüş zamanı münaqişənin həlli prosesi, bölgədəki vəziyyət və digər aktual məsələlərə Qarabağ tərəfinin mövqeyini öyrənmək imkanı qazandım. Görüşdə münaqişənin həlli prosesində iştirak edən xalqlar arasında münasibətlərin möhkəmləndirilməsinin variantları müzakirə edildi”.