Tarix : 2008 Sep 13
Kod 7241

GƏNCƏ ŞƏHƏRİNDƏ FACİƏ BAŞ VERİB

20 yaşlı qız ağrıkəsici dərmandan ölüb
Azərbaycan servisi/Aran Agentliyi
Sentyabrın 12-dən 13-nə keçən gecə Gəncə şəhərində faciə baş verib. Şəhərin Şəddadilər küçəsi 2, döngə 7 ünvanında yerləşən evdə yaşayan Leyla Vaqif qızı Hüseynova ağrıkəsici dərmandan vəfat edib.

Gəncə şəhər Polis İdarəsi rəisini müavini Yaşar İsmayılovun APA-ya verdiyi məlumata görə, 1988-ci il təvəllüdlü L. Hüseynova bir neçə gün əvvəldən qarın nahiyəsindəki ağrılardan əziyyət çəkirmiş. Bu ağrılardan azad olmaq üçün ağrıkəsici dərmanlar qəbul edən 20 yaşlı qız növbəti dəfə dünən gecə yatmazdan əvvəl "Spazmalqon" dərmanı qəbul edib.

Valideynləri bu gün səhər Leylanın yuxudan oyanmadığını görüb polisə müraciət ediblər. Ehtimal olunur ki, dərman preparatı onun orqanizmində fəsadlara səbəb olub. Lakin ölümün dəqiqi səbəbi məhkəmə tibbi ekspertizasının rəyindən sonra aydınlaşacaq.

Faktla bağlı, Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, ölkə ərazisində dərman preparatları ilə mübarizə öz nəticəsini vermir.
Son va?tlar dərman preparatlarından zəhərlənmə hallarının sayı bir necə dəfə artıb. Buna səbəb həm keyfiyyətsiz, dərmanlar, həm əhali arasında tibb sahəsində olan maarifsizlikdir.

Dərman preparatlarının qəbulundan öncə həmin preparatları orqanizmin götürüb-götürməməsi müəyyənləşdirilməlidir. Əhali hansı dərmanın keyfiyyətli, hansının keyfiyyətsiz olmasını isə aird edə bilmir. Onu da qeyd edək ki, pensilin, novakain, analqin şok yaradan dərman preparatları sırasındadır. Əhali mə?susən bu preparatlardan istifadə edərkən, son dərəcə diqqətili olmalıdır.

Eyni zamanda dərmanlar mütləq şəkildə həkimin göstərişi əsasında alınmalıdır. Bir ço? hallarda iynə orqanizmə ev şəraitində və naşı adamlar tərəfindən vurulur. Ancaq bu halda yolverilməzdir. Hər hansı bir preparatdan istifadədən öncə isə, ?əstənin bu dərmanlara allergiyasının olub olmadığını dəqiqləşdirilməlidir.

Çünki orqanizm kəskin reaksiyaya səbəb olan bir sıra amillərlə var ki, preparatla qarşılaşma zamanı ağır nəticələrə səbəb olur. Hətta elə hallar mövcuddur ki, damara vurulan iynələr də bir başa olaraq orqanizmə yeridilir.

Ancaq damar iynələri zamanı daha ço? diqqət tələb olunur. Preparatın damara yo?, dəriyə yeridilməsi də insan həyatına son qoya bilər. Bəzən də zəhərlənmənin təsiri altında ?əstə " anaflaktik şok" keçirir.
  • Yazılıb
  • da (də) 2008 Sep 13