O deyib ki , İrana qarşı sanksiyaların artırılması bu ölkənin nüvə məsələsini həll etməyəcək
Rusiya servisi/Aran Agentliyi
Rusiya prezidenti İrana qarşı yeni sanksiyaların həyata keçirilməsini rədd edib .
İranın beynəlxalq Press Tv kanalının verdiyi məlumata əsasən, Rusiya prezidenti İranın sülhsevər nüvə proqramlarını dəstəkləyib .
O deyib ki , İrana qarşı sanksiyaların artırılması bu ölkənin nüvə məsələsini həll etməyəcək.
Həmçinin Rusiyanın BMT-dəki səfirinin müavini Konstantin Daleqof dünən Amerikanın İrana qarşı sanksiyaları şiddətləndirmək üzrə səylərinə cavab olaraq deyib: İranın nüvə məsələsinin həlli yolu diplomatik proses və 5+1 qrupu çərçivəsindəki müzakirələrin davam etdirilməsidir .
Daleqof BMT üzvlərindindən İrana qarşı sanksiyaların artırılmasında ABŞ-a qoşulmağı istəyən səfir Zəlmay Xəlilzadın istəyinə münasibət bildirərkən deyib : Dövlətlərin hər birini öz məsələləri haqda qərar çıxarırlar və Amerikanın onlara yol göstərməsini gözləmirlər.
Həmçinin cümə günü Moskvada iranlı həmkarı Mənuçehr Mütəki ilə görüş keçirən Rusiya xarici işlər naziri Sergey Lavrov deyib: Biz İran tərəfi ilə bu ölkənin Buşehr Atom Elektrik Stansiyasının təkmilləşdirilməsi üçün razılıqları araşdırmaqdayıq.
O, Qafqaz münaqişəsi haqda müzakirələrin başqa bir müzakirənin mövzularından olduğunu da deyib